Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin məlumatı
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

Ölkə 19 aprel 2021 12:00 1205

Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq, respublikanın ayrı-ayrı inzibati ərazi vahidlərində dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir. Sürücülər arasında maarifləndirmə və  təbliğat işləri aparılmaqla yanaşı, qayda pozuntularına yol verən sürücülərə qarşı inzibati tənbeh tədbirləri də görülür.

Baş DYP İdarəsinin YPX Alayı, habelə Gəncə, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Ağcabədi, Qax, Qazax, Qəbələ, Quba, Daşkəsən, Zaqatala, Zərdab, İsmayıllı, Yardımlı, Kürdəmir, Göyçay, Göygöl, Goranboy, Neftçala, Lerik, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Hacıqabul, Yardımlı, Masallı, Mingəçevir, Xocalı, Cəlilabad, Şabran, Şamaxı, Şəmkir, Şirvan və Şəki şəhər rayon polis orqanlarının Dövlət Yol Polisi qurumları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dayanma-durma və parklanma qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunub.

Bir daha bildiririk ki, yollarda avtomobil sıxlığının qarşısını alınması üçün dayanma-durma və parklanma qaydalarına riayət etmək vacibdir. Nəqliyyat vasitəsini ikinci cərgədə, səkilərdə, piyada keçidlərində və digər qadağan olunan yerlərdə park edən sürücü bilməlidir ki, o, bu hərəkəti ilə qayda pozuntusuna yol verməklə yanaşı digər hərəkət iştirakçılarının təhlükəsiz, rahat və fasiləsiz hərəkətinə mane olur.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020