Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə ictimai nəqliyyat sektorunda hərəkətin əsas təminatçılarının vaksinasiyasını davam etdirir
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə ictimai nəqliyyat sektorunda hərəkətin əsas təminatçılarının vaksinasiyasını davam etdirir

Nəqliyyat 19 Aprel 2021 13:13 2319

Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə ictimai nəqliyyat sektorunda hərəkətin əsas təminatçılarının vaksinasiyasını davam etdirir. Ümumilikdə 1600 nəfərdən artıq əməkdaşın vaksin olunması nəzərdə tutulub. Onlardan bir qismi artıq peyvəndin hər iki dozasını alıb. Əməkdaşlara Çin istehsalı olan “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulur.  

Həyati əhəmiyyətli sahə olaraq sərnişindaşımalarda dayanıqlılığın təmin olunması baxımından vacib məsələlərdən biri də əməkdaşların sağlamlığının qorunmasıdır. Bunu nəzərə alaraq koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün ardıcıl qabaqlayıcı tədbirlər görülür. Bunun sayəsində pandemiya ərzində hər hansı bir marşrut xəttinin və ya istehsalat bazasının yoluxma səbəbindən fəaliyyətinin dayandırılması riski yaranmayıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020