Əsas səhifəXariciTokio Olimpiya Oyunlarının ləğv edilməsinə Yaponiyada rekord sayda səs verilib
PAYLAŞ

Tokio Olimpiya Oyunlarının ləğv edilməsinə Yaponiyada rekord sayda səs verilib

Xarici 17 May 2021 08:36 1627


Yaponiya sakinlərinin ən az 43 faizi koronavirus pandemiyasına görə Tokio Yay Olimpiya Oyunlarının ləğv edilməsini məsqsədəuyğun görür.

"Avtoyol.az" xəbər verir ki, bunu Asahi qəzeti tərəfindən dərc olunan sosioloji sorğunun nəticələri göstərib.

Bu, son vaxtlar ərzində ən yüksək göstəricisidir. Aprel və mart aylarında Olimpiya Oyunlarının ləğv etmək seçimini respondentlərin 35 və 33 faizi dəstəkləyib.

Olimpiadanın keçirilməsinə qarşı çixanlar ən çox 60 yaşdan yuxarı yaşlılar arasındadır - 54 faiz.

Eyni zamanda, hökumətin və təşkilat komitəsinin bu yay Oyunlara ev sahibliyi etmək istəyini dəstəkləyən Yaponiya sakinlərinin sayı bir ayda iki dəfə 28 faizdən 14 faizədək azalıb.

Sorğu 15 və 16 may tarixlərində mobil, stasionar telefonları və eyni zamanda İnternet vasitəsi ilə aparılıb. Təxminən 1,5 min nəfər iştirak edib.







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020