Əsas səhifəNəqliyyatAzərbaycana hibrid avtomobillərinin idxalı kəskin artıb
PAYLAŞ

Azərbaycana hibrid avtomobillərinin idxalı kəskin artıb

Nəqliyyat 17 May 2021 20:07 1143

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 244 576,99 min ABŞ dolları dəyərində 23 854 avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 21,4% və 38,7% çoxdur.

"Avtoyol.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 209 176,22 min dollar dəyərində 21 948 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 25,7%, say baxımından isə 37% çoxdur.

Bundan başqa, bu ilin ilk dörd ayında ölkəyə 25 165,45 min dollar dəyərində 1 820 vahid (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 51,9%, say baxımından isə 73,6% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 44 vahid (25 vahid az) 4 514,46 min dollar dəyərində (39,8% az) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 42 vahid (17 vahid az) 5 720,86 min dollar dəyərində (48% az) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkəyə dəyəri 16 503,47 min dollar (ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 80,4% çox) təşkil edən 2 805 vahid (69,6% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 947,81 min dollar (96% çox) dəyərində 24 vahid (5 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020