Əsas səhifəNəqliyyatAMG loqosunu daşıyan EQS liftbekinin sınaqlarına başlanıb
PAYLAŞ

AMG loqosunu daşıyan EQS liftbekinin sınaqlarına başlanıb

Nəqliyyat 19 May 2021 07:27 1422

Mercedes-Benz EQS elektrik liftbekinin təqdimatından əvvəl, elektrokarın AMG bölməsi tərəfindən hazırlanacaq "bərkgedən" versiyaya sahib olacağı bildirilmişdi. Atalarımız demişkən "od olmayan yerdən tüstü çıxmaz". Bu gün həmin "tüstü çıxıb" - AMG loqoları olan EQS liftbeki məşhur Nürburqrinq trekinin "Şimal İlgəyində" peyda olub.


"Avtoyol.az" Milli.az'a istinadən bildirir ki, AMG bölməsinin seriya elektrokarlarının "bərkgedən" versiyalarını  buraxacağı barədə məlumat 2020-ci ilin sonlarında peyda olmuşdu. Bu gün isə, "Yaşıl Cəhənnəmdə" AMG loqosunu daşıyan elektrokarın sınaqlarına start verilib.

Məlum məsələdir ki, casuslar doğru zamanda, doğru yerdə olublar və "bərkgedən" elektrokarın şəkillərini çəkməyi bacarıblar. Güclü kamuflyaj örtüyü "bərkgedən" liftbek ilə adi elektrokar arasında dizayn fərqini görməyə imkan vermir, lakin digər tərəfdən əyləc supportlarındakı AMG loqoları çox şeyi açıqlayırlar.

Mercedes-AMG EQS modelinin güc xarakteristikaları hələlik məlum deyil, lakin şayiələrə görə, elektrokarın güc qurğusu 610 at qüvvəsinə və 898 Nm fırlanma anına malik olacaqdır. Bunun sayəsində hazırda satışda olan EQS 580 4Matic modelini üstələyəcək "bərkgedən" liftbek 0-dan 100 km/saata sürətlənməni standart qardaşlarından daha qısa müddətdə başa vuracaqdır.

Diqqət çəkən bir məqam elektromobilin yerə yaxın olan kuzovudur. Buna bir də avtomobilin bir neçə santimetr uzun olacağı barədə söz-söhbəti əlavə etsək, almanların son planı üzə çıxmış olur. Əgər hər şey yolunda gedərsə, Mercedes-AMG EQS 63 4Matic modelinin 2022-ci ildə qarşımıza çıxacağını söyləmək olar.







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020