Əsas səhifəEkspertBakıya elektrobusların gətirilməsində stimullaşdırıcı təkliflər olmalıdır - EKSPERT
PAYLAŞ

Bakıya elektrobusların gətirilməsində stimullaşdırıcı təkliflər olmalıdır - EKSPERT

Ekspert 19 May 2021 18:02 2372

 

Bakıda marşrutlara elektriklə işləyən avtobusların daxil edilməsi məqsədəuyğundur və bu prosesin kütləviləşməsi təmin edilməlidir.

Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, bunun üçün sahibkarlara stimullaşdırıcı təkliflər edilməlidir: "Bu dəstəklənəsi ideyadır. Bakı Nəqliyyat Agentliyi bunun üçün hökumət qarşısında hesablanmış təkliflər verməlidir. Bu təkliflərdə həmin avtobusların gətirilməsi üçün gömrük, maliyyə və digr güzəştlər olmalıdır. Bu prosesdə həmin nəqliyyat vasitələri təkcə dövlət şirkətlərinə deyil, özəl şirkətlərə də təklif edilməlidir. Elə etmək lazımdır ki, sahibkar həm o avtobusları əldə etməkdə maraqlı olsun, həm də daha az xərclə avtobusların işləməsinə nail olsun".






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020