Əsas səhifəMaraqlı98 yanacaqla işləyən motora 95 töksək nə olar?
PAYLAŞ

98 yanacaqla işləyən motora 95 töksək nə olar?

Maraqlı 20 May 2021 07:28 1378


Motorda gücün yaranması üçün hava və yanacağın sıxışdırılması lazımdır. Yeni orta sinif avtomobillərdə motorun sıxışdırma nisbəti 9-10 aralığındadır. Yəni bu motorlarda Aİ-95 markalı yanacaq onun sarsıntısız işləməsini təmin edir. Sıxışdırma nisbəti 10-dan yuxarı olan motorlarda Aİ-95 markalı yanacaq sarsıntılara səbəb ola bilir. Çünki bu motorlar Aİ-98 yanacağı ilə işləməlidir. Həmçinin Aİ-95 ilə işləyən motora 98 tökməyin mənası yoxdur. Yəni faydası olmadığı kimi zərər də verməz.



95 ilə işləyən motora 92 tökdüyünüz zaman motor performansı getdikcə düşər, hətta motora zamanla zərər verə bilərsiniz. Tutalım ki, 95 əvəzinə 92 tökmüsünüz. Motorda silindir içərisində yanacaq + hava qarışığının sıxışdırılması zamanı istilik artır. Bu istilik artdıqca Şam (sveça) alışdırmanı həyata keçirməmiş yanacaq vaxtından tez alovlanır və motor başlayır vurmağa. Vuruntu da motorun gücünü aşağı salıb ömrünü qısaldır. Vuruntunun olmaması üçün benzinin daha çətin alovlanması lazımdır. Benzinin oktan dərəcəsi nə qədər çoxdursa bir o qədər çətin alovlanır. Yəni Ai-98 benzini Ai-95-dən gec alovlanır.



İndi də də tutaq ki, motorunuz 95-lə işləyir amma siz 98 tökmüsünüz. Bu zaman Şam alovlandırdığı zaman benzin gec yanacağı üçün yenə də motorunuzun performasına mənfi təsir edəcək. Yəni motorunuza 95 yanacağı məsləhət bilinirsə deməli bu yanacaq ilə motorunuz vuruntu olmadan işləyəcək. Bu motorda 98 də istifadə edə bilərsiniz. Amma motorun gücü 95 benzinə görə daha aşağı olacaqdır. Yəni 95 ilə işləyən motora 98 tökməyin mənası yoxdur. Kimsə düşünə bilər ki, “nə qədər yüksək oktanı olan benzin töksəm o qədər güclü olacaq” bu yanlış fikirdir. Çünki oktan dəyəri yüksək olan yanacaq motorun performansı ilə yox, motorun işləmə texnologiyası ilə ölçülür.



Bir misal daha çəkim. Məsələn siz həmişə 98 yanacaq tökmüsünüz və maşınınız şəhərdə 8.6 L benzin yandırıb. Siz 98 yerinə 95 töküb sürməyə başlasanız artıq avtomobiliniz şəhərdə 8.6 L yox, 9.8 L benzin yandıracaq. Çünki eyni gücü əldə etmək üçün avtomobiliniz daha çox yanacaq tələb etməyə başlayacaq. 98 ilə 95 arasındakı fərq:

1. 98 oktanlı benzinin 95 oktanlı benzinə görə ən böyük üstünlüyü, daha yüksək Oktan Sayına sahib olması səbəbilə mühərrikin işləməsi əsnasında meydana gələ biləcək vuruntuya qarşı müqavimətini artırır. 98 Benzin ilə işləyən motor daha səssiz işləyir. Titrəşimsiz işləyən bir mühərrikin performansı da paralel olaraq artır. Beləliklə motor avadanlığının ömrü də uzanır.

2. 98 Oktan benzin, mühərrikdəki yanmanın ən məhsuldar şəkildə reallaşmasını təmin etdiyi üçün, "qluşitel" istiliyinin düşməsinə səbəb olur. Bu da katalitik çeviricinin ömrünü uzadar.

Bu sadaladıqlarımın hamısı 92 ilə 95 benzininə də aiddir. Hətta daha da artığıdır. Çünki 92 benzinin keyfiyyət dəyəri daha aşağı olduğu üçün göstərici rəqəmləri 95 ilə 98 arasındakı fərqdən də pis nəticə verir.



Digər bir məsələ isə Dizel istifadə edən sürücülərin problemidir. Belə ki, yeni model dizel motorlu avtomobillər Euro Dizel yanacağı tələb edir. Yəni daha çox təkmilləşdirilmiş keyfiyyətli Dizel istəyir. Bizdə Euro dizel stansiyasının varlığını dəqiq bilmirəm. Avropada Yük avtomobili bir yerdən dizel tökən zaman, minik avtomobili o yerdən dizel tökmür. Buna görə də Bakıdakı bir çox yeni model dizel mühərriklər tez sıradan çıxır. Sadə dizeldə kükürd miqdarı çox olduğu üçün yeni model motorun pompasını da tez sıradan çıxarır. Tək pompa deyil, sistemdəki bir çox elektron avadanlıq buna dözmür və sıradan çıxır. Xərci də benzin motora nisbətən daha baha başa gəlir. Buna görə də baha da olsa Euro Dizel tökməyiniz məsləhətdir.



Yaponiya və Amerika kimi ölkələrdə yarış avtomobilləri üçün daha çox performans əldə edən 100 oktanlıq benzin növü var. Dodge Challenger SRT Demon da 100 oktanlıq yanacaqdan istifadə edir və arxa ötürücü olmasına baxmayaraq bu avtomobilin 0-100 km/s sürətlənməsi 2.5 saniyədir.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020