Əsas səhifəMaraqlıAğ Qara tüstü nə məna verir?
PAYLAŞ

Ağ Qara tüstü nə məna verir?

Maraqlı 22 May 2021 00:56 2097





Ağ rəngli dumanın çıxması:

Sürücülərin ən çox aldandığı dumandır. Qış aylarında soyuq mühərrikdən çıxan su buxarı kimi görünən bu duman daha ciddi fəsadların xəbərçisi ola bilər. Ağ dumanın çox tünd və daimi çıxması isə avtomobilin mühərriyinin qeyri-sağlam işlədiyinin əlamətidir. Yağışlı havalarda eqzoza dolan suyun buxarlanması zamanı qısa müddətli belə bir effekt ola bilsə də, mühərriyə dolan az miqdarda su da bu effekti verə bilər. Lakin problemin əsası isə çox zaman silindir bloku qapağının bloka birləşdiyi hissədəki kauçukun yanması (və ya zərər görməsi) səbəbdən olur. Bu zaman soyuducu sistem suyunun silindirlərə qarışması və bu zaman silindirlərdəki suyun buxarlanaraq eqzozdan çıxması kimi müşahidə olunur. Bundan başqa silindir blokunda (alt və ya üst qapaqda) su soyuducu sistem kanallarının paslanması və ya çürüməsi ilə də kanalın həndəsi quruluşunu itirməsi ilə suyun yenə silindirlərə gəlməsi səbəbilə ola bilir. Radiator suyunun tez-tez azalması da buna əlamətdir. Bu problemin ən əsas səbəbi antifriz dəyişiminin düzgün aparılmamasıdır. Belə ki, texniki baxış zamanı antifrizin su ilə qarışdırılaraq əlavə edilməsi, suyun azalması zamanı yalnız su əlavə edilməsi bu problemin yaranmasında əsas səbəblərdir. Mühərriyə düzgün yağ tökülməməsi və ya yağ dəyişiminin gecikməsi, eyni zamanda mühərriyin çox yüksək dövrlərdə işləməsi də məhz bloklar arası kauçukun yanmasına səbəb ola bilir. Kauçuk yanmasına soyuducu sistem suyunun azalması, su nasosunun və ya yağ nasosunun düzgün işləməməsi, eyni zamanda yağ filtrinin tutulması da səbəb ola bilər.



Mavi rəngli dumanın çıxması:

Diaqnostikası ən asan aparıla bilən problemdir. Eqzozdan mavi rəngli dumanın çıxması mühərriyin yanacaqla bərabər yağ yandırmasına əlamətdir. Mühərriyin yanma otağına yağın keçməsinin qarşısını alan kauçukların sıradan çıxması və silindir blokundakı yağ kanallarının aşınması ilə yağ yanma otağına keçir və tez bir zamanda ciddi yağ azalmasına səbəb ola bilir. Vaxtında müdaxilə olunmazsa yeni mühərriyin qoyulması və ya mühərrik blokunun yenilənməsi kimi ciddi pul tələb edən problemlərə səbəb ola bilir



Qara rəngli dumanın çıxması:

Qara rəngli duman avtomobilin çiy yanacaq atması, yanacağın natamam yanması ilə, azot tullantısı miqdarının çox olması ilə əlaqəlidir. Əslində bu problem silindirlərdə "çox qarışıq" deyilən yanacaq miqdarının hava miqdarına nisbətən üstünlük təşkil etməsi ilə olur. Bu zaman yanacaq nasosunun təzyiqinin çox olması və ya hava kanallarında tutulma, MAF sensorun düzgün işləməməsi, hava kəpənəyinin tutulması, elektrik sistemində akkumulyatorun, dinamonun, bobinlərin, injektor sistemi və ya alışdırıcı şamların düzgün işləməməsi və ya sıradan çıxması ilə olur. Problem zamanı yanacaq sərfiyyatında artımın olması normaldır. Kompüter diaqnostikası ilə problemin mənbəyi aşkarlana bilir.



Boz rəngli dumanın çıxması:

Ağ dumandan fərqli olaraq bu problem zamanı boz rəngli duman bir yox, bir neçə problemin xəbərçisi ola bilər. Burada başlıca səbəb Turbonun yağ yandırması olur. Turbonun yağ kanallarının aşınması, turbo mili yuvalarının aşınması yağ itgisinə və bu yağların yanmasına səbəb ola bilir. Turbo sistem mühərrik yağı ilə qidalandığı üçün boz rəngli dumanla qarşılaşanlar avtomobilin mühərrik yağına tez tez baxmaları lazımdır.

Avtomatik sürət qutusu olan avtomobillərdə vakum modulunun nasaz olması ilə sürət qutusunun yağının mühərriyə qaçması və orada yanması da bu problemlər arasındadır. Sürət qutusunda titrəməli keçidlər hiss edilirsə və bununla bərabər mexaniki səslər eşidilirsə problem böyük ehtimalla buradandır.

Digər bir tərəfdən PCV (Karter havalandırıcı) sistemin düzgün işləməməsi ilə karterdə yağ itgisinə və bu yağın yanmasına səbəb ola bilər. Sistem, karterdə yağ köpüklənməsi, yağın keyfiyyətini itirməsi kimi problemləri aradan qaldırmaq üçün fəaliyyət göstərir və eyni zamanda emmissiya standartlarının qorunmasına kömək edir. Sistemin təmiri çox zaman effektiv olmur və dəyişilir.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020