Bentley rəhbəri şirkət mütəxəssislərinin Artemis layihəsində iştirak etdiklərini və alman həmkarları ilə paralel olaraq elektromobilin üzərində çalışdıqlarını qeyd edib. "Əlbəttə ki, bu krossover olacaqdır. İndi onlarsız heç nə etmək mümükün deyil", - Hollmark bildirib. Yeni elektrokarın necə olacağı sualına cavab verən şirkət rəhbəri, Jaguar markasını nümunə göstərib.
"Adətən biz, ilk baxışdan həyata keçirilməsi mümkün olmayan kimi görünən qeyri-adi dizaynı yaradırıq. Sonra isə onu seriya avtomobildə tətbiq edirik. Elektromobillər ilə belə alınmayacaq. Jaguar I-Pace modelinə diqqət yetirin. O, batareyanın ətrafında yaradılıb, buna görə də, geniş təkər bazasına malikdir. Sərnişinləri batareyanın üzərində yerləşdirmək üçün isə, onu hündür etmək lazım olub. Sonra isə, aerodinamika üzərində işləmək gərəkdir. Bundan sonra isə, üslub barədə düşünməlisiniz. Əlbəttə ki, biz markamıza məxsus olan DNT-ni qoruyub saxlamaq istərdik, lakin daha mütərəqqi olmaq üçün onu yenidən nəzərdən keçirmək lazım olacaqdır", - Hollmark qeyd edib.
Hollmarkın sözlərinə görə, 2025-ci ildə batareyaların çəkisi azalaraq Bentley standartlarına uyğun hala gəlməlidir. Bundan başqa, artıq marka müştərilərinin 39 faizi növbəti avtomobillərinin elektrokar olacağını bildiriblər. Xatırladaq ki, Bentley şirkəti daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobillərin istehsalına 2030-cu ilə qədər tamamilə son vermək niyyətindədir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər