Duman işıqları niyə ləğv edildi?
Maraqlı
23 May 2021 11:32
1276
Duman, dünyanın hər yerində rast gəlinə bilən təhlükədir. Vaxtı ilə avtomobillərdə olub ləğv edilən kül qabı, ehtiyat təkər siyahısına duman əleyhinə ön fənərlər də daxil edilir. Bəzi lüks avtomobil istehsalçıları, Audi, Cadillac, Lincoln, Mercedes-Benz və Hyundai-ın Genesis seriyası da daxil olmaq üzrə ən son modellərin duman faralarını səssizcə ləğv etdi. Bu şirkətlər ən son texnologiyaya sahib İntelligent Light System (ağıllı işıq sistemi) texnologiyalarının duman farasının da işini görə bildiyini bildirdilər. Birləşmiş Quruyol Təhlükəsizlik İdarəsi açıqlama verərək bildirdi ki, duman faraları əlavə opsiya olduğu üçün onun ləğvi də istehsal standartlarına təsir etmir. Yəni "bunu avtomobilə qoymalısan" deyə bir standart yoxdur. 1990-cı ildən 2008-ə qədər baş verən yol qəzalarının cəmi 20 faizi qatı duman nəticəsində baş vermişdir. Bu rəqəmin az olduğunu bildirən Yol Təhlükəsizlik İdarəsi duman faralarının mühümsüzlüyünü təsdiqlədi. İşıqlandırma və Təhlükəsizlik mühəndisləri duman faralarının bu tip qorxunc qəzaların qarşısının alınmasında yetərsiz olduğunu bildirdi.
GM texniki cavabdeh şəxsi olan Michael Larsen, Cadillac CT6-dakı yüksək texnoloji faraların sürücünün önünü yaxşı göstərdiyini və "duman farasının etdiyi şeyi etdiyini" bildirdi. Ancaq o qədər qısa məsafəni işıqlandırır ki, dumanlı yol zamanı həmin faralardan faydalanmaq üçün yavaş sürməlisiniz.
Ön duman faralar bir qırağa, sürücünün təhlükəsiz hərəkətini təmin edən arxa duman faralarının da bir hissəsi ləğv edilir. Pis hava şəraitində öndəki avtomobili təqib edən sürücü onu daha rahat izləsin deyə, əvvəlki kimi hər iki farada gur işıq əvəzinə, sadəcə bir farada daha gur işıq yanacaq. Bunun edilməsinin səbəbi bəzi sürücülərin günün az qaranlıq vaxtında belə arxa fənərlərin duman işığını yandırıb gəzməsi kimi göstərilir (guya daha "vidli" görünür). İndi isə sadəcə bir fənərdə gur işıq yanacağı üçün "vidli oğlanlar" lazımsız yerə yandırıb gəzməyəcək, digər sürücülərin diqqəti dağılmayacaq.
Bir neçə özəl modeldən başqa, Bmw şirkəti Amerikaya satdığı modellərdə ön duman işıqlarını təmin etməyə davam edir. Volkswagen-in Amerikadakı sözçüsü "duman fənərindən imtina etmirik, hardasa faydalı ola bilərlər" deyə fikir bildirib. Digər şirkətlər isə ən yeni Fara texnologiyasının duman fənərinə ehtiyac duymadığını bildirir. Duman faraları sadəcə gərəksiz olmaqla qalmayacaq, "bəlkə də heç fara olmayacaq" dedi. Onların son sözündən belə çıxır ki, gələcək avtomobillərdə fara deyə bir şey də olmaya bilər. Sadəcə dönməni bildirən işıqlar qala bilər.
Rəylər