Hadisə Həsən Seyidbəyli küçəsində qeydə alınıb.
Adıçəkilən küçə ilə hərəkətdə olan 99 PU 023 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobil yolun kənarında dayanan 90 PB 874 dövlət qeydiyyat nişanlı “Saipa” markalı avtomobilə çırpılıb. “Khazar”in sürücüsünün dediyinə görə, küçə ilə hərəkətdə olduğu zaman təkər sıradan çıxıb və o, idarəetməni itirərək yolun kənarında dayanan avtomobilə çırpılıb.
Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi zərər dəyib. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub və hadisənin səbəbləri araşdırılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər