Avtosfer.az bildirir ki, "Toyota" şirkəti tərəfindən hazırlanmış həmin avtomobil hidrogen yanacağı ilə işləyir. Bu hidrmobil bütün dünyada avtomobil istehsalçılarının karbon qazı yaymayan elektromobillərin istehsalını tənzimləməyə çalışdığı bir vaxtda yarışa qatılıb.
Bildirilir ki, dözümlülük uğrunda 24 saat davam edən yarış mayın 22-də Şizuoka prefekturasında start götürüb.
Yarışın iştirakçıları arasında çox az miqdarda karbon qazı yayan hidromobil də yer alıb. Qeyd edilir ki, bu maşının mühərriki benzin əvəzinə hidrogen ilə hava qarışığını yanacaq kimi işlədir.
Yarış zolağında onun saatda 200 kilometr sürətlə hərəkət etdiyi də bildirilir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər