"Avtoyol.az" "Avtosfer.az"a istinadən bildirir ki, flaqman sedanının 6,0-litrlik V12 mühərriki ilə təchiz olunduğu təsdiqlənsə də, güc aqreqatının xüsusiyyətləri açıqlanmamışdı. Bu məsələyə alman istehsalçısının dilerləri aydınlıq gətiriblər. Sizi çox intizarda saxlamayacağam - 6,0-litrlik V12 biturbo mühərriki 612 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir.
Güc aqreqatı 9G-Tronic "avtomatı" ilə tandemdə çalışır.Bu rəqəmlər sizə tanış gələ bilər və burada təəccüblü bir şey yoxdur, çünki yeni flaqman əvvəlki Mercedes-Maybach S 650 modelinin birbaşa varisidir. Flaqman sedanı 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır.
Qeyd edək ki, superkar və hiperkarları saymasaq Mercedes-Maybach S 680 modeli dünyanın ən bahalı avtomobillərindən biri olacaqdır. Dəbədəbəli sedanın Almaniyadakı satış qiyməti 217 min avrodan başlayır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər