Gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək
İqtisadi
26 May 2021 13:49
1484
Qarşıdan gələn 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.
Rəylər