Əsas səhifəMaraqlıRadiatora Su yoxsa Antifriz tökməliyik?
PAYLAŞ

Radiatora Su yoxsa Antifriz tökməliyik?

Maraqlı 30 May 2021 18:30 1124


Antifriz spirtin bir növüdür, mənası donmayan deməkdir. Spirtdən fərqli olaraq Antifriz rəngli olur. Bunun səbəbi hər hansı sızıntı zamanı onun sudan ayırd edilə bilməsi üçündür.

Antifriz el arasında mühərrikdə donmağın qarşısını alan maye kimi bilinsə də, digər üstünlüyü istiliyi tarazlamasıdır. Soyuducu sistem Yay-Qış fərq etmədən suya nəzərən daha qoruyucu olan Antifriz ilə doldurulmalıdır. Çünki qışda su donaraq genişləndiyi üçün sistemi partladır, Yayda isə qaynayaraq mühərriki dağıdır. Ucuz başa gəlsin deyə tökdüyünüz su, irəlidə sizi daha çox xərcə salacaq. Pas yaratmış su tərkibində xırda qırıntıları sistemdə dolaşdıraraq bir müddət sonra tutulmaya səbəb olur. Antifriz isə korroziyanın qarşısını alır və tıxanma yaratmır. Antifrizin digər faydası motorun ömrünü uzadır, sirkulyasiya pompasının işini asanlaşdırır.

Su təkcə qışda donmada yox, həm də yayda həddən artıq isinmədə problem yaradır. Yəni maye çox isindikdə motorda qaynayır, boşluqlar yaranır və nəticədə motorun xarab olmasına səbəb olur. Antifriz isə -40 ilə +190 dərəcə arasında işləyir. Keyfiyyətinə görə -60 dərəcədə işləyən Antifrizlər də var.

Antifrizi mühərrik soyuq halda əlavə etmək lazımdır. Radiatora tökdükdə onun tam dolduğunu görəcəksiniz. Mühərriki işə saldığınız zaman səviyyənin azalmasını gözləyin və normal səviyyədə olana qədər antifrizi əlavə edib qapağı bağlayın.



Bəs hansı rəng Antfriz istifadə etməliyik? Antifrizin ömrü nə qədərdir?

Bunlar da çeşidinə görə su ilə qarışdırılan və ya birbaşa tökülən saf Antifriz olaraq 2 yerə bölünür (qutusunda nə qədər su ilə qarışdırılmalıdır qeyd edilir). Su ilə qarışdırıldığı zaman Antifrizin qaynama temperaturu yüksələcək, donma temperaturu düşəcək. Yəni keyfiyyəti daha yaxşı olacaq.

Antifriz G11, G12 və G13 kimi 3 yerə bölünür. G11 tipli Antifrizləri 2 ildən bir, G12 isə 3 ya da 5 ildən bir dəyişmək lazımdır (G12 daha keyfiyyətlidir). Çünki Antifrizin üzərində yazıldığı tarixdən etibarən 5 il ömrü olur. Ona görə alanda tarixinə baxın. Daha sonra isə G12++ və G13 çıxdı. Bunlar ekoloji təmiz olması ilə seçilir. Bütün Antifrizlər rəngsiz olur. Sadəcə birini digərindən fərqləndirmək üçün boya qatılır.



Antifrizlərin rənglərinə görə xarakterləri:

???? Yaşıl Antifriz Alüminium Radiator üçündür. Tərkibində Fosfat və Silikat olduğu üçün dəmir və alüminium qoruyucudur. Paslanmaya qarşı yaxşıdır. Orta ömrü 50.00 km və ya 2 ildir. (IAT-Inornagic Acid Technology)

???????????? Çəhrayı, Göy və Tünd Yaşıl Antifriz. Tərkibində Fosfat və Silikat olmadığı üçün güclü paslanmadan qoruya bilmir. Motora gec yerləşir ancaq uzun zaman qoruyur. Orta ömrü 200.000 km və ya 5 ildir. (OAT-Organic Acid Technology)

❤️ Qırmızı Antifriz Mis və ya Latun Radiator üçündür. Tərkibində Nitrit də olduğu üçün orta ömrü 1 milyon km-dir. Digərlərindən bahadır. Daha çox iş maşınlarında və uzaq yol sürülən avtomobillərdə istifadə olunur. Köhnəlmiş sistemə tökdüyünüz zaman içindəki pas və kiri güclü şəkildə təmizləyəcəyi üçün radiatorda deşilmələr yaradacaq. (NOAT-Nitrited Organic Acid Technology)

❤️❤️ G12++ və G13 Antifrizlər bütün növ radiator üçün istehsal edilir.

İstehsalçılar isə zavoddan göndərdikləri avtomobillərə əsasən bu rəng Antifriz tökürlər: Yapon mənşəli avtomobillər çox vaxt Qırmızı, Avropa mənşəli avtomobillər əsasən Göy və ya Qırmızı, Amerikan mənşəli avtomobillərdə isə Yaşıl və ya Narıncı Antifriz istifadə edir.



Bu cədvəldə Su ilə nə qədər Antifriz qatılmalıdır qeyd edilib.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020