Əsas səhifəMaraqlıToyota Land Cruiser 300 modeli iki V6 mühərriki ilə təklif ediləcək
PAYLAŞ

Toyota Land Cruiser 300 modeli iki V6 mühərriki ilə təklif ediləcək

Maraqlı 30 May 2021 23:02 1816


Yeni nəsil Toyota Land Cruiser modelinin ətrafında cərəyan edən hadisələrin ardı-arası kəsilmir. Bir neçə gün bundan öncə, may ayının sonuna qədər təqdim ediləcək yeni ofrouderin hərəkət zamanı çəkilmiş videogörüntüləri yayılmışdı. Bu gün isə, 300 indeksini alacaq ofrouderin mühərrik çeşidi barədə məlumat peyda olub.

Land.cruiser.300 Instagram səhifəsində dərc edilmiş cədvəldə yeni Toyota Land Cruiser modelinin başlanğıcda bir benzin və bir dizel mühərriki ilə təklif ediləcəyi görünür.  Alıcılara 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 benzin turbomühərriki təklif ediləcəkdir.

Göründüyü kimi, yeni mühərrik əvvəlki 5,7-litrlik V8 atmosfer mühərrikindən daha güclüdür. Xatırladaq ki, səkkizsilindrli aqreqat 381 at qüvvəsi və 544 Nm fırlanma anı təklif edirdi.

İkinci mühərrik isə 309 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,3-litrlik turbodizeldir. Üstəlik, mühərrikin maksimal fırlanma anı artıq 1600 dövr/dəqiqədən əlçatandır. Göründüyü kimi, yeni turbodizel də əvvəlki 4,5-litrlik V8 dizel mühərrikindən 41 at qüvvəsi və 50 Nm daha güclü olacaqdır.

İnetrnetdə peyda olan məlumatlara görə, yeni model haqqında məlumatın dərc edilməsinə qoyulan qadağan may ayının sonunda qüvvədən düşəcəkdir. Odur ki, yeni ofrouder 31 may - 1 iyun tarixlərində debüt edə bilər.





Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020