Land.cruiser.300 Instagram səhifəsində dərc edilmiş cədvəldə yeni Toyota Land Cruiser modelinin başlanğıcda bir benzin və bir dizel mühərriki ilə təklif ediləcəyi görünür. Alıcılara 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 benzin turbomühərriki təklif ediləcəkdir.
Göründüyü kimi, yeni mühərrik əvvəlki 5,7-litrlik V8 atmosfer mühərrikindən daha güclüdür. Xatırladaq ki, səkkizsilindrli aqreqat 381 at qüvvəsi və 544 Nm fırlanma anı təklif edirdi.
İkinci mühərrik isə 309 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,3-litrlik turbodizeldir. Üstəlik, mühərrikin maksimal fırlanma anı artıq 1600 dövr/dəqiqədən əlçatandır. Göründüyü kimi, yeni turbodizel də əvvəlki 4,5-litrlik V8 dizel mühərrikindən 41 at qüvvəsi və 50 Nm daha güclü olacaqdır.
İnetrnetdə peyda olan məlumatlara görə, yeni model haqqında məlumatın dərc edilməsinə qoyulan qadağan may ayının sonunda qüvvədən düşəcəkdir. Odur ki, yeni ofrouder 31 may - 1 iyun tarixlərində debüt edə bilər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər