"Avtoyol.az"ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, motosiklet idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə rayonun Qoltuq qəsəbəsinin sakinləri,1989-cu il təvəllüdlü Səmədov Seymur Ağaqulu oğlu və onun qardaşı, 1990-cı il təvəllüdlü Səmədov Ağabala müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. S.Səmədovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Lakin yaralı yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər