Əsas səhifəGündəmNəqliyyat dəhlizləri açılacaq, bu qaçılmazdır - RUSİYADAN MÜSAHİBƏ
PAYLAŞ

Nəqliyyat dəhlizləri açılacaq, bu qaçılmazdır - RUSİYADAN MÜSAHİBƏ

Gündəm 01 İyun 2021 14:22 1345
Zəngəzur dəhlizi mütləq işləyəcək.

Bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi, Qətər Universitetinin Körfəz Ölkələri Araşdırmaları Mərkəzinin dosenti Nikolay Kojanov Caliber.Az-a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu indi Ermənistanda daha çox daxili siyasət məsələsidir.

“Çoxsəviyyəli düşüncəni nəzərə almalıyıq. Rusiya tərəfində prioritet Cənubi Qafqaz sərhədlərini aşan nəqliyyat dəhlizlərinin inkişafıdır. Ermənistan rəhbərliyi hər şeyi son hadisələr, müharibə zamanı məğlubiyyət prizmasından qəbul edir. Burada müharibədə məğlub olan ölkə sindromundan danışa bilərik. Bu, bir çox cəhətdən vəziyyətə qərəzsiz baxmağa imkan vermir”, - deyə Nikolay Kojanov bildirib.

Ekspert bildirib ki, Moskva Naxçıvanla nəqliyyat əlaqələrinin təmin olunmasının vacibliyini nəzərə alır.

“Cənubi Qafqazdakı dəhlizlər də təbii ki, təhlükə altında olmamalıdır. Obyektiv olaraq desək, bu nəqliyyat dəhlizlərinin mühüm elementi kimi məhz Azərbaycan qəbul ediləcək, Ermənistan deyil, İrəvan da bunu qəbul edə bilmir”, - deyə müsahib bildirib.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020