Əsas səhifəGündəmAzərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer
PAYLAŞ

Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Gündəm 01 İyun 2021 19:22 1231



Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm.

"Avtoyol.az"ın məlumatına görə, bunu almaniyalı pilot, "Haas" komandasının üzvü, əfsanəvi Mixael Şumaxerin oğlu Mik Şumaxer deyib

O xatırladıb ki, 2019-cu ildə Bakıda "Formula 2" yarışında iştirak edib: "Məni Bakıda ilk Formula 1 yarışı gözləyir. Mən 2019-cu ildə burada iştirak etmişəm, çox gözəl idi. Amma indi məni tamam fərqli yarış gözləyir, çünki "Formula 1" bolidləri "Formula 2" bolidlərindən daha sürətlidir. Yarışda ən vacib məqam yaxşı start götürməkdir. Həm də daha əlverişli mövqedən başlamaq üçün təsnifat mərhələsində yaxşı nəticə göstərmək vacibdir. Əvvəlki illərdə gördüyümüz kimi, bu yarışda istənilən hadisə baş verə bilər. Bizim şansımız ola bilər. Hadisələrin hər cür inkişafına hazır olmaq lazımdır".






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020