Əsas səhifəMaraqlıMercedes sevənlər üçün gözəl xəbər
PAYLAŞ

Mercedes sevənlər üçün gözəl xəbər

Maraqlı 01 İyun 2021 23:14 1013

Brabus tüninq atelyesinin model çeşidində "800" ailəsi xüsusi yer tutur. Hazırda bu ailəyə Mercedes-AMG E63 S modeli daxildir.

Indi isə "800" xəttinə üçcərgəli Mercedes-AMG GLS 63 krossoveri də qoşulub. Əsas diqqət krossoverin mühərrikinin gücünün 800 at qüvvəsi, fırlanma anının isə 1000 Nm-ə qədər artırılmasına yönəldilib.

"Avtoyol.az" ted.az-a istinadən bildirir ki, belə xarakteristikalara malik olmaq üçün, Brabus mühəndisləri krossoveri Brabus PowerXtra B40S-800 dəsti ilə təchiz etməyi məsləhət görürlər. 800 at qüvvəli Mercedes-AMG GLS 63 krossoveri 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti elektronika tərəfindən 280 km/saat həddində məhdudlaşdırılıb.

Layihəyə Brabus Rocket 900 adı verilib və mühərrikin gücləndirilməsi yanaşı, karbondan kuzov dəstinin quraşdırılması, asqının hündürlüyünün aşağı salınması və standart təkər disklərinin firma diskləri ilə əvəzlənməsi nəzərdə tutulur. 






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020