Əsas səhifəÖlkəSOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
PAYLAŞ

SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA

Ölkə 02 İyun 2021 11:44 1055
Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən deyib.

İ.Əhmədov bildirib: "Dizel və AI-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. AI-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən təyin olunur, AI-95 və AI-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir".

SOCAR rəsmisi xatırladıb ki, pandemiyadan əvvəl premium benzinin qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə ​​bu rəqəm 1.10-1.20 manata, sonra 1.25 manata düşüb, indi isə 1.40 manata yüksəlib:

“Bunun səbəbi dünya bazarlarında neftin qiymətinin artması və buna görə bu marka benzini istehsal edən ölkələrin və zavodların qiymətləri artırmasıdır. Qiymət dünya bazarlarınDa düşərsə, bu markalı benzinin qiyməti ölkəmizdə də dəyişəcəkdir. Gələcəkdə, 2022-ci ildə, Heydər Əliyev Neftayırma Zavodunun modernləşdirilməsi başa çatdıqda, özümüz də müəyyən miqdarda Aİ-95 benzini istehsal edə biləcəyik və belə olan halda prinsip etibarilə, artıq beynəlxalq markadan və benzinin beynəlxalq qiymətlərindən asılı olmayacağıq. Ancaq hazırda bu marka benzin ölkəyə idxal edildiyi üçün beynəlxalq qiymətdən asılılıq var”.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020