Əsas səhifəGündəmDizelin və 92 markalı benzinin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
PAYLAŞ

Dizelin və 92 markalı benzinin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

Gündəm 02 İyun 2021 19:27 1497
"Aİ-92” markalı benzinin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir. Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib. O vurğulayıb ki, bu yanacaq növləri Azərbaycanda istehsal edildiyindən onların qiymətinin artması və ya dəyişməsi birbaşa olaraq dünya bazarlarından asılı deyil. İbrahim Əhmədov qeyd edib ki, bəzi ölkələrdə dövlət qiymətləri müəyyən çərçivədə “üzməyə” buraxır və bazarın təsirlərinə qarşı açıq qoyur, bəzi ölkələrdə isə Azərbaycanda olduğu kimi, qiymətlər dövlətin müvafiq tənzimləyici qurumları tərəfindən müəyyən edilir: “Buna görə də ölkə daxilində “Aİ-92” markalı benzinin və dizel yanacağının qiymətinin dövlət tərəfindən hansı səviyyədə müəyyən edilməsi ilə bağlı hər hansı açıqlamanın verilməsində SOCAR bir şirkət olaraq səlahiyyətli deyil”.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020