Əsas səhifəİqtisadi"Lukoil" Xəzərdəki "Dostluq" yatağının operatoru olmaq niyyətindədir
PAYLAŞ

"Lukoil" Xəzərdəki "Dostluq" yatağının operatoru olmaq niyyətindədir

İqtisadi 03 İyun 2021 21:54 1364

Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağına qoşulmaq istiqamətində danışıqlar aparır və yatağın operatoru olacağını gözləyir.

"Avtoyol.az" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırda "Dostluq" yatağı üzrə danışıqlar aparılır: "Bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə "Lukoil" şirkətini bu işə cəlb etdiklərinə görə minnətdarıq. Növbəti hökumətlərarası saziş və hasilatın pay bölgüsü (PSA) müqaviləsi hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik, payı hələ bilmirik".

Xatırladaq ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Cari il yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.


Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2398

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020