Lexus şirkəti yeni nəsil NX modelinin təqdimat tarixini açıqlayıb – yeni krossover 12 iyun 2021-ci il tarixində onlayn keçiriləcək tədbir çərçivəsində nümayiş etdiriləcəkdir. Hələlik isə, Fudziyama dağının fonunda çəkilmiş tizerdə avtomobilin arxa hissəsini nümayiş etdirilir: krossoverin arxa işıqlarının dizaynı bir qədər dəyişib və onlar praktiki olaraq kuzovun eni boyu uzanan işıqlandırılan zolaqla birləşdiriliblər.
Xatırladaq ki, bir müddət bundan öncə, premium krossoverin üzərindəki sirr pərdəsini qaldıran rəsmi videosunu dərc edilmişdi. Videoçarx sonradan silinsə də, internet istifadəçiləri onu yükləməyə imkan tapmışdılar.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər