Bakıda piyadanı avtomobil vurub
Qəza
07 İyun 2021 08:21
874
Paytaxtın Nizami rayonunda qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Avtoyol.az" Milli.az'a istinadən bildirir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.
1983-cü il təvəllüdlü Həsənova Fazilə Fazil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər