"Avtoyol.az" xəbər verir ki, Bugatti şirkəti La Voiture Noir modelinin tam hazır olan versiyasını nümayiş etdirib. Fransız markası bu layihəyənin başa çatdırılmasına düz iki il vaxt sərf edib. Unikal hiperkarın ilk maketi 2019-cu ildə keçirilən Cenevrə avtosalonunda nümayiş etdirilsə də, istehsalçı hiperkar yalnız indi sahibinə təhvil verməyə hazırdır. Qeyd etmək gərəkdir ki, müştərinin istəkləri o qədər sadə deyildi. Əvvəlcə elan edildiyi kimi, unikal Bugatti hiperkarı müştəriyə 11 milyon avroya başa gəlib. Məlum məsələdir ki, ikinci belə avtomobil olmayacaqdır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər