Əsas səhifəÖlkəRespublika üzrə onlayn yarış keçirilib.
PAYLAŞ

Respublika üzrə onlayn yarış keçirilib.

Ölkə 09 iyun 2021 15:00 904

Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramına əsasən təhsilalanlar arasında yol hərəkəti qaydalarının təbliği və bu sahədə birgə iştirakçılığın təmin olunması məqsədilə, cari ilin mart ayından başlayaraq Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) və  Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə  “Yolunuzu bizdən salın!” devizi altında respublika uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları arasında onlayn formada yarış keçirilib.

Ölkəmizin müxtəlif bölgələrdə təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaq və respublika üzrə qalib komandanı müəyyənləşdirmək məqsədilə təşkil olunan yarışda UGİM rəhbərliyi, müəllim və valideynlər, eləcə də aidiyyəti şəhər, rayon DYP qurumlarının əməkdaşları iştirak edib. Yarış altı təsnifat mərhələsi üzrə təşkil olunub və 08.05.2021-ci il tarixdə keçirilən finalla yekunlaşıb. Münsiflər heyətində DİN-in Baş Dövlət Yol Polisi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Toğrul Nəsirli və Pərvanə Muradova, habelə Bakı şəhər 1 nömrəli UGİM-in şöbə müdiri Fəridə Süleymanova təmsil olunub.

Onlayn formada keçirilən yarışda paytaxt istisna olmaqla, respublikanın 47 UGİM-in dərnək üzvlərindən ibarət 250 məktəbli iştirak edib. Onlardan Oğuz, Şuşa, Ucar, Tovuz, Salyan rayon UGİM-in komandaları 3-cü, Gəncə şəhər, Quba, Yevlax, Samux, Balakən rayon UGİM-in komandaları 2-ci, Qusar, Şirvan, Qazax, Göygöl, Qubadlı rayon UGİM-in komandaları isə 1-ci yerə layiq görülüblər.

Final görüşü Sumqayıt şəhər 1 nömrəli UGİM, Mingəçevir şəhər UGİM və təsnifat mərhələləri üzrə 1-ci yerin qalibi olmuş 5 komanda arasında 2 raundda keçirilib. Hər komandada 5 nəfər olmaqla ümumilikdə 35 şagirdin iştirak etdiyi final görüşünün 1-ci raundunda mövzu ilə bağlı rəsm çəkilib, 2-ci raundda isə yol hərəkəti qaydaları ilə bağlı nəzəri biliklər yoxlanılıb.

Final yarışının nəticəsinə görə Sumqayıt şəhər 1 nömrəli UGİM-in komandası 1-ci, Qazax rayon UGİM-in komandası 2-ci, Qusar rayon UGİM-in komandası isə 3-cü yerə layiq görülüblər. Yarışın keçirildiyi bütün mərhələlər sosial mediada işıqlandırılıb. Qaliblərin diplomla təltif olunması və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020