Əsas səhifəMaraqlıVİN kod nəyi bildirir?
PAYLAŞ

VİN kod nəyi bildirir?

Maraqlı 10 İyun 2021 17:37 1173


Beynəlxalq qaydada VİN (Vehicle İnformation Number) yəni Vasitənin İnformasiya nömrəsi deməkdir. Şassi nömrəsi kimi bildiyimiz termin də elə budur. İlk dəfə 1954-cü ildən istifadə olunmağa başlandı və 1981-ci ilə qədər qəbul edilmiş standartı yox idi. Yəni hər Avtomobil şirkəti özünün nömrə modelini istifadə edirdi. 1981-ci ildən bu yana 17 simvoldan ibarət kod istifadə olunmağa başlandı.

Bu kod əslində avtomobilin istehsal edildiyi ölkə, istehsal edildiyi zavod, gövdə tipi, motor tipi, istehsal ili və həmin zavoddan çıxan neçənci avtomobil olmasını göstərən 17 xanalı koddur. İçində hərflər də olmasına baxmayaraq rəqəmlərlə qarışmaması üçün Q, O, L kimi hərflərdən istifadə olunmur. VİN kod hər avtomobilin özünə xasdır, yəni təkdir və əsla dəyişdirilə bilməz. Dəyişdirilməsi isə qanuni deyil.

Bu kod harda yazılır? Daha çox sürücü qapısının açıldığı hissədə, ön alın şüşəsinin altında və ya motorxana qapağının altında göstərilir. Daha rahat avtomobilin texniki pasportuna baxa bilərsiniz. İndi isə kodların ümumi mənasına baxaq.



Bu siyahıda isə yuxarıdakı M1 kodunun açılışı mövcuddur. Yəni istehsal edildiyi ölkəni bildirir.



İlk 3 simvolun təyinatı bu siyahıda göstərilib.



İstehsal edildiyi ilinə buradan baxa bilərsiniz. Misal üçün Y hərfi 2000-ci ili ifadə edir. 2001-dən 2009-a qədər illərlə kodlanır və növbəti illərdə A, B, C və s. ilə işarələnib. İl kodu avtomobilin model ilidir. Bu kodda İ, O, Q, U, Z hərflərindən və 0 rəqəmindən istifadə edilmir.



Bəzi avtomobillərin VİN kodunda hərflər olur deyə hərfi rəqəmə çevirən çevirici sxemi də qeyd etdim.



Ümumi halda baş ağrıtmadan daxil olursunuz "google" axtarış portalına. Misal üçün Mercedes sürürsünüzsə "Mercedes VİN code" yazıb axtarışa verirsiniz. Açılan saytlara daxil olub VİN kodunuzu bu saytlarda bir-bir yoxlayırsınız.
TEQLƏR: VİN kod nəyi bildirir?

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020