"Avtoyol.az"ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü İbrahimov Nicat İbrahim oğlu yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb, ona sağ bud sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Rəylər