Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Avtoyol.az" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Vəliyev Asim Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Rəylər