Nazirlər Kabinetinin Qərarına əsasən 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə qeyri-iş günüdür.
Bayram günündə avtobusların işləyib-işləməyəcəyi isə sual doğurur.
Futbol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı Azərbaycana gələn turistlərin rahat hərəkətinin təmin edilməsi vacib məqamlardan biridir.
Elə bu səbəbdən sabah ictimai nəqliyyatın işləyəcəyi gözlənilir.
"Avtoyol.az" xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən "Ölkə.az"ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı məlumat Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən verilməlidir.
BNA-dan isə açıqlamasında ictimai nəqliyyatın işləməyəcəyi bildirilmədi, lakin bu barədə ictimaiyyətə dəqiq məlumat veriləcəyi söylənildi.
Qeyd edək ki, bundan öncə Bakı Metropoliteni ay ərzində bütün günlərdə çalışacağını elan etmişdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər