Yenilənmiş Opel Crandland modeli X indeksindən məhrum olub
Maraqlı
15 İyun 2021 08:00
3725
Böyük ehtimalla, model əvvəlki versiyalarını qoruyacaqdır - bunlar 224 at qüvvəli ön ötürməli və 300 at qüvvəli tam ötürməli modifikasiyalardır.Opel şirkəti son dörd ildə ilk dəfə yenilənmiş və adından X hərfi silinmiş Grandland krossoverini təqdim edib.
"Avtoyol.az" ted.az-a istinadən bildirir ki, yenilənmiş krossover firma Vizor panelini alaraq dəyişdirilmiş xarici görünüşə, həmçinin genişləndirilmiş avadanlıqlar siyahısına sahib olub. Krossover iri ekranları olan rəqəmsal kokpiti, gecə görmə sistemini və digər müasir elektron sistemləri əldə edib.
Yenilənmiş Grandland krossoveri, əvvəllər Opel Mokka modelində və Manta GSe ElektroMOD restomodunda tətbiq edilmiş firma Opel Vizor panelinə sahib olub. Bu panel, mərkəzində Opel nişanı yerləşən, yan tərəflərində isə 168 LED elementi (hər birində 84 element) olan "piksel" matrisa fənərləri olan bir paneldir.
Opel Grandland modelinin salonundakı əsas yenilik özündə iki displeyi birləşdirən Pure Panel rəqəmsal kokpitidir. Bahalı təchizat səviyyələrində rəqəmsal cihazlar paneli 12-düymlük, multimedia sisteminin sürücüyə tərəf istiqamətləndirilmiş ekranı isə 10-düymlükdür.
Top versiyalarda Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən və Opel Connect onlayn xidmətlərinə çıxışı olan Multimedia Navi Pro sistemi quraşdırılır.
Rahatlığı təmin edən avadanlıqlar arasında, təchizatdan asılı olaraq qızdırılma və havalandırma funksiyası ilə təchiz edilən,habelə elektrik ötürməsi ilə tənzimlənən erqonomik Aktion Gesunder Rücken e.V. oturacaqları var.
Yenilənmiş Grandland krossoverinin avadanlıq siyahısına, ön infraqırmızı kameradan çalışan və 100 metrə qədər məsafədəki maneələri tanımaq qabiliyyəti malik olan gecə görmə sistemi, habelə görüntünü mərkəzi ekranda əks etdirən dairəvi müşahidə sistemi daxildir.
Bundan başqa, krossoveri Stop & Go funksiyası olan adaptiv kruiz-kontrol, kor nöqtələrə nəzarət funksiyası, parklanma köməkçisi, zolaqda saxlama funksiyası, açarsız giriş və mühərrik işə salma sistemləri ilə təchiz etmək olar.
Opel yenilənmiş krossoverin güc qurğuları barədə məlumat verməyib, yalnız krossoverin marka tərəfindən seçilmiş elektrifikasiya strategiyasını davam etdirdiyi bildirilib. Çox güman ki, krossoveri rekuperasiya sistemi olan və məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc qurğusu ilə təklif edəcəklər.
Rəylər