Əsas səhifəMaraqlıHetçbek kuzovlu Honda Civic ayın sonuna qədər debüt edəcək
PAYLAŞ

Hetçbek kuzovlu Honda Civic ayın sonuna qədər debüt edəcək

Maraqlı 15 İyun 2021 08:05 3952

Avtoyol.az" xəbər verir ki, Honda şirkəti bu ilin aprel ayında Civic sedanının on birinci nəslini təqdim edib. Yapon istehsalçısı bu ayın sonunda Civic ailəsini hetçbek kuzovlu modeli ilə genişləndirmək niyyətindədir. Beşqapılı model ilk dəfə olaraq Amerikadakı zavodda istehsal ediləcəkdir. Bu müəssisə İndiana ştatının Qrinsberq şəhərində yerləşir.

 

Sedandan fərqli olaraq, hetçbek kuzovlu Honda Civic mexaniki ötürmələr qutusu ilə də təklif ediləcəkdir. Hazır avtomobillərin Amerikadakı diler mərkəzlərinə çatdırılmaları ilin sonuna qədər başlamalıdır.

 

Yeni Honda Civic hetçbekinin xarici görünüşü hələlik açıqlanmayıb. Yapon istehsalçısı yalnız bir tizeri dərc etməklə kifayətlənib və bu təsvirdən nə iə hasil etmək mümkünsüzdür. Bununla birlikdə, bu mövzuda sedandan ciddi fərqlərin olmasını gözləmək lazım deyil, yəni hetçbek də eyni lekallarla düzəldiləcəkdir - bu, uzadılmış kapotu, endirilmiş şüşə xətti, genişləndirilmiş arxa təkər izi və tam LED işıq texnikası olan siletdən ibarətdir.

 

Fun-to-drive konsepsiyası daha sərt kuzov, habelə reaksiya və rahatlığın mükəmməl tarazlığı olan yenidən tənzimlənmiş asqı ilə təmil olunacaqdır.

 

Hetçbekin salonu Honda markasının Avropa xəttindən ilham alınaraq yaradılacaqdır. Salon şirkət üçün yeni olan üslubda hazırlanacaqdır: hetçbek nazik ön paneli, ayrıca dayanan mərkəzi displeyi, havalandırma sisteminin gizli deflektorları (pətək naxışlı dekorativ əlavənin altında yerləşirlər) və daha keyfiyyətli tərtibat materialları ilə seçiləcəkdir.

 

Honda Civic hetçbeki 10,2-düymlük rəqəmsal cihazlar panelinə, 9,0-düymlük sensorlu ekranı olan multimediaya və 12 dinamikli Bose səs sisteminə malik olacaqdır.

 

Honda Civic sedanının mühərrik çeşidi iki aqreqatdan ibarətdir: 160 at qüvvəsi və 187 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərriki və 182 at qüvvəsi və 240 Nm fırlanma anına malik olan 1,5-litrlik turbomühərrik. Çox güman ki, hetçbek də eyni mühərrikləri alacaqdır.

 

Lakin sedandan fərqli olaraq altı pilləli mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir. Sedan isə, yalnız kəskin sürətlənmə zamanı fiziki dəyişmələri təqlid edən Step-Shift funksiyası olan variator ilə komplektləşdirilir. 

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020