Əsas səhifəXariciMeksikada avtobus qəzası nəticəsində azı 12 sərnişin həlak olub
PAYLAŞ

Meksikada avtobus qəzası nəticəsində azı 12 sərnişin həlak olub

Xarici 16 İyun 2021 08:12 2620


Meksikanın şimal-şərqində Tamaulipas ştatının Reynosı şəhəri yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ADN40 bildirib.

Qeyd edilir ki, sərnişin avtobusu Nuevo-Leon ştatının paytaxtı Monterrey şəhəri istiqamətində hərəkət edirmiş. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında mürgüləməsi səbəb olub.

Zərərçəkənlər Reynosı xəstəxanalarına çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.

Region prokurorluğu qəzanın başvermə şəraitinin araşdırılmasına başlayıb.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020