Meksikanın şimal-şərqində Tamaulipas ştatının Reynosı şəhəri yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə
Qeyd edilir ki, sərnişin avtobusu Nuevo-Leon ştatının paytaxtı Monterrey şəhəri istiqamətində hərəkət edirmiş. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında mürgüləməsi səbəb olub.
Zərərçəkənlər Reynosı xəstəxanalarına çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.
Region prokurorluğu qəzanın başvermə şəraitinin araşdırılmasına başlayıb.
Rəylər