Əsas səhifəXariciAvropa İttifaqında yeni avtomobillərin satışı xeyli artıb
PAYLAŞ

Avropa İttifaqında yeni avtomobillərin satışı xeyli artıb

Xarici 17 İyun 2021 14:00 1939


Avropa İttifaqı ölkələrində may ayında 891,66 min yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.

"Avtoyol.az" xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının hesabatına görə ən böyük artım İspaniyada (2,8 dəfə), Fransada (46,4 %), İtaliyada (43 %), Almaniyada (37,2 %) qeydə alınıb.

O cümlədən “Volkswagen Group”un istehsal etdiyi avtomobillərin satışında hesabat dövründə 1,7 dəfəlik, Fransanın “Stellantis” qrupunun (keçmiş “Fiat” ilə FSA) 1,5 dəfəlik, “Renault” qrupunun 22,5 %-lik artım baş verib.

Cari ilin 5 ayı ərzinsdə isə Avropa İttifaqı ölkələrində 4,3 milyon yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,5 % çoxdur. Yanvar – fevral ayılarında satışların xeyli azalması sonrakı üç ay ərzində kəskin artımla əvəzlənib. O cümlədən İtaliyada artım 62,8 %, Fransada 50,1 %, İspaniyada 40 %, Almaniyada 12,8 % artım qeydə alınıb.

Qeyd edək ki, pandemiyadan əvvəlki dövrdə 2019-cu ilin may ayında yeni avtomobil satışları 1,2 milyon olub.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020