"Avtoyol.az" xəbər verir ki , hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Dayanacaqda dayanan avtomobil arxaya hərəkətə edən zaman 2016-cı il təvvəllüdlü Məmmədov Əziz Sabir oğlunu vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə baş verən zaman 5 yaşlı Əziz anası ilə birlikdə olub. Uşaq anasın əlindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər