Əsas səhifəMaraqlıÇində robotaksi kommersiya xidməti inkişaf etdirilir
PAYLAŞ

Çində robotaksi kommersiya xidməti inkişaf etdirilir

Maraqlı 18 İyun 2021 15:52 2962

Çinin internet-nəhəngi "Baidu" və dövlət avtomobil şirkəti "BAIC Group" ölkədə robotaksi kommersiya xidmətini işə salmağı planlaşdırır.

"Avtoyol.az" xəbər verir ki, bu məqsədlə "Baidu" və "BAIC Group" üç il ərzində 1000 ədəd sürücüsüz idarə edilən avtomobil istehsal edəcəklər.

"Apollo Moon" adlanan yeni model "Baic"in elektrik avtmobili bazasında buraxılacaq, "Baidu" isə həmin robotaksinin proqram təminatını yaradacaq. Yeni modelin qiyməti 74 729 dollar təşkil edəcək.

"Baidu" şirkəti artıq Şanxay da daxil olmaqla Çinin bir sıra böyük şəhərlərində robot taksilərini sınaqdan keçirib. "Baic" ilə əməkdaşlıq bu növ xidmətlərin test mərhələsindən kütləvi formasına keçməyə imkan yarada bilər.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020