Türkiyənin sabiq baş naziri, hazırda “Gələcək Partiyası”na rəhbərlik edən Əhməd Davudoğlunu müşayiət edən konvoyun qəzaya düşməsi nəticəsində onun müavini Səma Silkin və bir nəfər yeniyetmə xəsarət alıb.
“Demirören Haber Ajansı” (DHA) xəbər yayıb ki, qəza Əhməd Davudoğlunun partiyasının Kırklareli şəhərində yerləşən partiya binasının açılışından qayıdarkən baş verib.
Qəza yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları sədrin köməkçisini və yeniyetmə oğlanı dərhal xəstəxanaya çatdırıblar.
Son məlumata əsasən, hadisədən xəbər tutan Əhməd Davudoğlunun xəstəxanaya yollanaraq xəsarət alan şəxsləri ziyarət edəcəyi gözlənilir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər