Əsas səhifəNəqliyyat“Azərbaycan Hava Yolları” “Amadeus” gəlirləri idarəetmə sistemini tətbiq edir
PAYLAŞ

“Azərbaycan Hava Yolları” “Amadeus” gəlirləri idarəetmə sistemini tətbiq edir

Nəqliyyat 24 Avqust 2021 16:00 1599

24 avqust 2021-ci il, Bakı – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) ən son rəqəmsal həllərin tətbiqi üzrə korporativ siyasəti çərçivəsində əməliyyat və mənfəətin optimallaşdırılması üzrə yeni sistemə - Amadeus SRM (Amadeus Segment Revenue Management) sisteminə keçib.

AZAL, COVID-19 pandemiyası ilə əlaqədar aviasiya sərnişin daşımaları bazarında qeyri-sabit vəziyyətə baxmayaraq, əsası 2019-cu ildə qoyulan “Amadeus” ilə strateji tərəfdaşlığını inkişaf etdirməyə davam edir.

Belə ki, son yenilik aviaşirkət tərəfindən “Amadeus”un gəlirlərin idarə edilməsi üzrə SRM tətbiqinə uğurlu keçidi oldu. Yeni tətbiq “Azərbaycan Hava Yolları”na aviaşirkətin bütün marşrut şəbəkəsində gəlirlərin qiymətləndirilməsinə və optimallaşdırılmasına imkan verəcəkdir.

Amadeus SRM gəlirləri idarəetmə sistemi səfərdən bir il əvvəl gələcək tələbatı dəqiq proqnozlaşdırmaq, habelə sərnişinlərin uçuşu ləğv etmək və ya uçuşa gəlməmək xarakterini anlamaq imkanı verəcəkdir. Aviaşirkətin gəlirli fəaliyyətini dəstəkləmək məqsədilə bu tətbiq proqnozların etibarlılığını, dəqiqliyini və doğruluğunu, həmçinin dəyişən iqtisadi şəraitə operativ uyğunlaşmanı təmin edəcəkdir.

Bir sözlə, gəlirlərin idarə edilməsini mənfəət haqqında elm kimi təsvir etmək olar. Hətta normal istismar şəraitində gəlirlərin idarə edilməsi aviaşirkətlərə ən mühüm aktivlərindən birini – yer ehtiyatlarını və mənfəəti idarə etməyə imkan verən mühüm vasitədir. Amadeus SRM daha səmərəli və mənfəətli şəbəkə yaratmaq üçün real vaxt rejimində optimallaşdırma ilə dinamik həlli təklif edir.

AZAl şirkətinin prezidenti Cahangir Əsgərov qeyd edib: “Son rəqəmsal həllərin tətbiqi və daim təkmilləşdirilməsi Azərbaycanın milli aviadaşıyıcısının siyasətində əsas prinsiplərdir. “Amadeus” tətbiqləri aviaşirkətlər üçün bu sahədə daha müasir və çevik tətbiqlərdən biridir. Biz “Amadeus” ilə uzunmüddətli sazış bağlamışıq və mən əminəm ki, bu əməkdaşlıq iş prosesimizi optimallaşdırmağa və avtomatlaşdırmağa imkan verəcək”.

“AZAL–ı gəlirlərin idarə edilməsi üzrə Amadeus tətbiqlərinin istifadəçiləri ailəsində salamlamağa şadam. Amadeus SRM gəlirlərin azaldılmasının qarşısını alan və aviaşirkətlərə lazımi zamanda və lazımi müştəriyə doğru qiymətə sərnişin yerlərinin satışına kömək edən güclü elmi məlumatlara əsaslanır. O, qabaqcıl modelləşdirmə alətlərindən ibarətdir və gələcəkdə AZAL-ın real vaxt rejimində bütün satış kanalları üzrə və aviaşirkətin tam nəzarəti altında ən rəqabət qabiliyyətli qiymətləri təklif etməyə inkan verəcəkdir” – deyə “Amadeus”un Yaxın Şərq, Türkiyə və Afrika ölkələri üzrə vitse-prezidenti Maher Kubaa qeyd etdi.

 “Azərbaycan Hava Yolları” region ölkələri arasında Amadeus SRM-ın ilk sifarişçisidir. Bu həllin tətbiqi 2020-ci ilin fevral ayında başlayan Amadeus Airline həllinin uğurlu inteqrasiyası yolunda növbəti addımdır.

Tezliklə “Azərbaycan Hava Yolları” tərəfindən Amadeus Group Manager sisteminin - aviaşirkətlər qrupunun biznesinin idarə edilməsində daha yüksək səviyyəyə nail olmağa imkan verən, turizm agentlikləri üçün portalın tətbiqinə başlanılması gözlənilir.


“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020