"Avropa Mobillik Həftəsi"nin açılış görüşü baş tutub. "Avropa Mobillik Həftəsi" çərçivəsində Azərbaycan könüllüləri ilə "Gənclər Hərəkətdə" adlı görüş keçirilib. BNA-nın “Nəqliyyat Könüllüləri” proqramının rəhbəri Nahid Quliyev kampaniyanın mahiyyəti və həyata keçiriləcək tədbirlər haqqında iştirakçılara məlumat verib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev üzv təşkilatların könüllülərinin həftə çərşivəsində keçiriləcək fəaliyyətlərdə fəal iştirak etməyə səsləyib.
Könüllülərə ictimai nəqliyyat yönümlü şəhərsalma, piyada hərəkətinin, velosiped istifadəsinin və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinin önəmi haqqında məlumat verilib.
NİİM-in monitor zalına səfər edən könüllülər şəhərin daha çox sıxlıq müşahidə olunan küçə və prospektlərinin nəqliyyat axınını izləyib və iş prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, bu il kampaniyanın devizi "Təhlükəsiz və Sağlam Dayanıqlı Mobillik"dir. Bakı Nəqliyyat Agentliyi ilk dəfə paytaxt Bakımızı bu kampaniyada təmsil edir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər