Əsas səhifəNəqliyyatUITP-nin Avrasiya regionu üzrə İcraiyyə Komitəsinin iclası keçirilib
PAYLAŞ

UITP-nin Avrasiya regionu üzrə İcraiyyə Komitəsinin iclası keçirilib

Nəqliyyat 20 Noyabr 2021 12:56 1084

 Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Moskva şəhərində təşkil olunan beynəlxalq əhəmiyyətli Nəqliyyat həftəsi və Nəqliyyat forumu çərçivəsində 17 noyabr tarixində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının (UITP) Avrasiya bölməsinin hibrid formatda növbəti görüşü və “Şəhər mobilliyinin inkişafında COVID-19 pandemiyasından doğan yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə pandemiyanın Avrasiya regionunda ictimai nəqliyyata təsirləri, əks-epidemik tədbirlərin həyata keçirilməsi, uyğun həllərin tapılması və ictimai nəqliyyatın inkişafı ilə bağlı post-COVID dövrünün prioritetləri barədə müzakirələr aparılıb.

 Dəyirmi masada Bakı Nəqliyyat Agentliyi Aparatının rəhbəri Gülşən Rzayeva Bakıda ictimai nəqliyyatın inkişafı ilə bağlı post-COVID dövrünün prioritetləri mövzusunda çıxış edib. Agentliyin fəaliyyətinin bütövlükdə dayanıqlı şəhər mobilliyinin inkişafının təmin edilməsinə yönəldiyi və ictimai nəqliyyatın inkişafı, şəhərin piyada mühitinin yaxşılaşdırılması və alternativ nəqliyyat növlərinin inkişafı kimi istiqamətləri əhatə etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

 Agentlik tərəfindən pandemiya dövründə ictimai nəqliyyatda əlçatanlığın, rahatlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən operativ tədbirlər, ekspres xətlərin və avtobus zolaqlarının təşkili haqda məlumat verilib. Həmçinin qeyd edilib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, avtobus parkının və nəqliyyat infrastrukturunun inkişafına dövlət investisiyaları davam edib ki, bu da hər hansı fövqəladə hallarda sərnişindaşıma və mobilliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Post-COVID dövrünün əsas prioritetlərindən olan piyada zonaları və velosiped yollarının yaradılması, avtobus parkının yenilənməsinin, mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyətinin genişləndirilməsinin, ümumilikdə, şəhər mobilliyinin inkişafı istiqamətində gələcək planlar barədə məlumat verilib və ictimai nəqliyyat etibarının bərpa edilməsinin əsas məqsədlərdən olduğu bildirilib. Qeyd olunub ki, cari ilin oktyabr ayında aylıq səyahətlərin həcmi ilk dəfə olaraq pandemiyadan əvvəlki həcmin 85%-nə çatıb ki, bu da ictimai nəqliyyata etibarlılığın artmasını göstərir.

 Digər çıxışlar zamanı müxtəlif şəhərlərin pandemiya zamanı ictimai nəqliyyatın dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin ictimai nəqliyyat növlərinin inteqrasiyası, əlçatanlığın və etibarlılığın artdığını, yeni texnologiyaların tətbiqi üzrə təcrübələr bölüşülüb. Qeyd olunub ki, ictimai nəqliyyata dövlət dəstəyi tək bu sahənin deyil, ümumilikdə şəhərin mobilliyinin inkişafına töhfə verir və şəhər mühitinin təkmilləşməsinə təsir edir. 

 Tədbirdə həmçinin UITP-nin Baş katibi Mohamed Mezqaninin pandemiya dövründə ictimai nəqliyyatda sərnişindaşımanın effektivliyini artırmaq, yoluxmaların qarşısını almaq üçün təmassız və yeni rəqəmsal idarəetmələrin tətbiqi barədə videoçıxışı təqdim olunub.
BNA 2018-ci ildən UITP-nin üzvüdür və 2019-cu ildən Avrasiya İcraiyyə Komitəsində təmsil olunur.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020