Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib

Nəqliyyat 22 Dekabr 2021 14:45 1385

Dekabrın 21-də Bakı Nəqliyyat Agentliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli İctimai Şura üzvlərinə Agentliyin inkişaf istiqamətləri barədə məlumat verərək qarşıda duran əsas çağırışlardan bəhs edib. O, müasir şəhər mühitinin daha çox piyada və ictimai nəqliyyat yönümlü olmasının vacibliyini bildirib və Agentliyin fəaliyyətinin dayanıqlı şəhər mobilliyi strategiyası əsasında aparıldığını qeyd edib. 
    Görüşdə avtobus zolaqlarının əhəmiyyəti, şəhərin parklanma məsələləri, bu istiqamətdə nəzərdə tutulan tədbirlər, eləcə də paytaxt yollarında müşahidə edilən sıxlıq və tıxac halları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 
    Bakı Nəqliyyat Agentliyinin dayanıqlı şəhər mobilliyinin inkişafı ilə bağlı fəaliyyəti, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə edilib. İctimai Şura üzvlərinə dayanıqlı şəhər mobilliyinin konsepsiyası, onun əsas prinsipləri, məqsəd və istiqamətləri ilə bağlı təqdimat edilib. İclasda müzakirə olunan məsələlərlə bağlı müzakirələr keçirilib, Şura üzvlərinin rəy və təklifləri dinlənilib. İctimai Şuranın sədr müavini, ATU-nun dosenti Fərhad Eyyubov ictimai nəqliyyatın strateji sahə olduğunu qeyd edərək onun prioritetləşdirilməsinin və davamlı inkişafının, bu sahədə koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayıb. O, son illərdə Bakı şəhərində bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətindən danışıb. Şura üzvü, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı nəqliyyat sistemində görülən tədbirlərin şəhərin ekoloji mühitinə təsirlərinə toxunmaqla bu sistemin də “yaşıl şəhər” konsepsiyasına uyğun gəldiyini söyləyib və Agentliyin bu istiqamətdə fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. İctimai Şuranın üzvü, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov görülən işlərlə bağlı ictimai iştirakçılığın artırılması üçün məlumatlandırılma tədbirlərinin genişləndirilməsinin zəruri olduğunu deyib.
    İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Agentliyin fəaliyyətinin ictimaiyyətə çatdırılması və digər müvafiq sahələrdə İctimai Şuranın fəal iştirakının vacibliyini qeyd edib və dəstək verməyə hazır olduqlarını bildirib. Şura sədri cəmiyyətin maarifləndirilməsi, nəzərdə tutulan yeniliklərə münasibətinin öyrənilib təhlil olunması baxımından İctimai Şura ilə məsləhətləşmə və müzakirələrin davamlı şəkildə aparılmasının əhəmiyyətini vurğulayıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020