Əsas səhifəNəqliyyat2021-ci ildə BNA-nın paytaxtda yol infrastrukturu sahəsində icra etdiyi işlərin hesabatı
PAYLAŞ

2021-ci ildə BNA-nın paytaxtda yol infrastrukturu sahəsində icra etdiyi işlərin hesabatı

Nəqliyyat 05 Yanvar 2022 12:10 1731

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, 2021-ci ildə Bakı şəhərində yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm layihələr icra edilib. Görülən işlər sayəsində hərəkət iştirakçılarının təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb. Nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin edilib. Ümumilikdə isə son 6 ildə 70-ə yaxın küçə və prospektdə səkilər standartlara uyğunlaşdırılıb, əlçatanlıq səviyyəsi yüksəldilib və piyadaların rahat hərəkəti təmin edilib. 

2021-ci ilin hesabatına əsasən, piyadaların rahat və maneəsiz hərəkətinin təmin edilməsi xüsusilə diqqətdə saxlanılıb. İl ərzində paytaxtın 27 küçə və prospektində 120-yə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib. 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat svetoforu quraşdırılıb. Nizamlanan piyada keçidlərində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə 58 məntəqədə mövcud svetoforlara piyada seksiyası quraşdırılıb. 10 məntəqədə svetofor səs siqnalı ilə təchiz edilib. 

4 küçə və prospektdə səkilər “ideal səki” tələbinə uyğunlaşdırılıb. 123 məntəqədə piyada yol göstəricisi nişanı quraşdırılıb. 

19 taksi duracaq məntəqəsi təşkil edilib. İl ərzində Bilgəh qəsəbəsində, əsasən, istirahət mərkəzlərini əhatə edən 2 km-lik velosiped yolu salınıb. Şəhər mərkəzində isə 7,5 km uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb. Pilot layihə olan bu yolun artıq ilk 2 km-ə qədər hissəsinə asfalt örtük vurulub.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020