Əsas səhifəNəqliyyatQeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarının nəzərinə
PAYLAŞ

Qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarının nəzərinə

Nəqliyyat 13 Yanvar 2022 09:40 1102

14-15 yanvar tarixlərində paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Bunu nəzərə alaraq sürücülərə xüsusən enişli-yoxuşlu yollarda diqqətli olmaları tövsiyə edilir. 

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. 

Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020