Goranboy rayonunda 3 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ölkə
24 yanvar 2022 14:00
2163
Ötən gün saat 11:30 radələrində Naftalan-Goran avtomobil yolunun Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ərazisindən keçən 1-ci km-də rayon sakini 1984-cü il təvəllüdlü Orucov İkram İbrahim oğlunun idarə etdiyi “BMW” markalı, 20-EM-319 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan həmyerlisi 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlunun idarə etdiyi “VAZ 2109” markalı, 22-BF-937 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü, eləcə də “VAZ 2109” markalı avtomobildə olan sərnişinlər - R.Əliyevin həyat yoldaşı 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, onun qızı 2013-cü il təvəllüdlü Əlizadə Cəmilə Rəsul qızı xəsarət almış, 1963-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızı, 1968-ci il təvəllüdlü Yusifova Aybəniz Əli qızı və 1972-ci il təvəllüdü Əliyeva Dilarə Eldar qızı isə həyatlarını itirmişlər.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər