DİN BDYPİ-nin “Siqnal” İLİİ tərəfindən respublikanın şəhər və rayonlarında icra olunan layihələrin sayı artmaqdadır
Ölkə
13 may 2022 16:00
1988
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini daha da gücləndirir.
Hazırda şəhər və rayonlarda, eləcə də dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında müayinələr aparılaraq hərəkətin təşkili nöqsanlı olan yol sahələrinin, çatışmayan və ya yararsız vəziyyətə düşmüş yol nişanlarının, eləcə də svetoforların quraşdırılması, nişanlama xətlərinin çəkilməsi və ya bərpası zəruri olan yerlərin dəqiq sxemləri tərtib edilir, DYP qurumlarından, KİV və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar ümumiləşdirilir, təhlil işi aparılır, müvafiq normativ hüquqi aktların və standartların tələblərinə uyğun layihələr hazırlanaraq icraya yönəldilir.
Baş DYP İdarəsinə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə davam etdirir.
Görülən işlərdə meteoroloji şəraitin dəyişkən olması, xüsusilə havaların yağmurlu keçməsi ilə əlaqədar fasilələr yaransa da, artıq bir sıra bölgələrdə, o cümlədən Göyçay, Mingəçevir, Salyan, Şəki, Xaçmaz, Gəncə, Bərdə, Ağstafa, Qubada yeni, o cümlədən işıqqaytarıcı elementləri olan yol nişanlarının quraşdırılması, istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası həyata keçirilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər