Yol-nəqliyyat hadisələrinin təhlili beynəlxalq seminarda müzakirə olunub
Ölkə
06 iyun 2022 18:00
1126
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaranmasının 14 illiyinə həsr olunmuş beynəlxalq seminar keçirilib.
“Avtomobil konstruksiyasında dövri dəyişikliklər, xilasetmə problemləri” adlı seminarda iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən “Yol-nəqliyyat hadisələrinin başvermə səbəb və şəraiti” mövzusunda tədbir iştirakçılarına geniş məlumat verilib. Analitik təhlillərə əsaslanaraq hazırlanmış çıxış maraqla qarşılanıb, bu barədə sosial mediada məlumatlar paylaşılıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər