Əsas səhifəNəqliyyatAZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayacaq
PAYLAŞ

AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayacaq

Nəqliyyat 22 İyun 2022 15:00 1130

22 iyun 2022-ci il, Bakı – "Azərbaycan Hava Yolları" aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Bakı istiqamətində eyni zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün  iki dəfə uçuşlar həyata keçirir.

Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/ru/information/covid-georgia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020